10 C
Baku
Tuesday, January 31, 2023

Gələn il ABB-nin törəməsi vasitəsilə 50 milyon manatlıq istiqraz buraxılacaq

Gələn il “ABB-İnvest” investisiya şirkəti vasitəsilə 50 milyon manat həcmində istiqraz buraxılacaq.

Bu barədə investisiya şirkətindən bildirilib. Məlumata görə, potensial emitentlər qeyri-maliyyə sahəsində fəaliyyət göstərən üç şirkətdir və hazırda onlarla danışıqlar yekun mərhələdir. Bildirilib ki, emissiya prospekti təsdiq edildiyi halda bu barədə geniş məlumat veriləcək.

Xatırladaq ki, “ABB” Açıq Səhmdar Cəmiyyətinin 100%-li törəmə şirkəti olan ABB İnvest 2020-ci ildə 300 min manat səhmdar kapitalı ilə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 3 milyon manata çatdırılıb.

 

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X