3 C
Baku
Saturday, March 2, 2024

Gələn il ATƏT-ə bu ölkə sədrlik edəcək

Polşanın Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclası başa çatıb.

ATƏT-in iştirakçısı olan 57 dövlətin xarici işlər nazirləri və rəsmi nümayəndələrinin qatıldığı iclasda Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlar, regional təhlükəsizlik çağırışlarından tutmuş insan alveri riskləri və enerji təhlükəsizliyi sahəsindəki yeni çağırışlara kimi müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Toplantı Polşanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakına icazə verməməsi və Rusiyanın buna sərt reaksiyası ilə yadda qalıb.

Nazirlər Şurasının iclası ATƏT-in fəaliyyətdə olan sədri Polşanın təşkil etdiyi sonuncu yüksək səviyyəli tədbir olub.

Gələn ilin yanvarın 1-də Şimali Makedoniya təşkilata sədrlik edəcək.

ATƏT-in Baş katibi Helqa Mariya Şmid sona çatmaqda olan ilə yekun vuraraq bildirib ki, geriyə nəzər salarkən, bu il müharibənin özü ilə gətirdiyi dağıntıları, təşkilatın müharibənin yaratdığı çətinlikləri yüngülləşdirməyə çalışdığını və təkcə Ukraynada deyil, digər regionlarda da sabitlik və təhlükəsizliyin təmin olunması üçün çalışan aktor və qurumları dəstəklədiyini görmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər