5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Gələn il büdcədən parlamentə və deputatların maaşına ayrılan vəsait məlum olub

Gələn il Milli Məclisin və onun aparatının xərclər smetası 42 036 822 (qırx iki milyon otuz altı min səkkiz yüz iyirmi iki) manat olacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu vəsaitdən 5 382 624 manat deputatların maaşı üçün ayrılıb.

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Son xəbərlər
Oxşar xəbərlər