27 C
Baku
Saturday, July 13, 2024

Gələn il daha 1.3 milyon britaniyalını yoxsulluq təhlükəsi gözləyir

Böyük Britaniyanın “Legatum” analitik mərkəzi xəbərdarlıq edib ki, elektrik enerjisi üzrə ödənişlər dondurulsa da, gələn il daha 1.3 milyon britaniyalı yoxsulla üz-üzə qalacaq.

Mərkəz 2022-2023-cü illərdə yoxsulluq içində yaşayan insanların sayının 15.2 milyona yüksələcəyini proqnozlaşdırır.

Böyük Britaniyada qaz və elektrik enerjisi üçün yeni qiymətlər oktyabrın 1-də tətbiq ediləcək. Britaniyalılar qaz və elektrik üçün əvvəl 1.971 funt sterlinq ödədiyi halda, ödənişlər üzrə yeni tariflər 3.549 funt sterlinqə yüksələcək.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər