18 C
Baku
Saturday, October 12, 2024

“Gələn il iqtisadiyyatın “ağardılması” istiqamətində islahatlar daha da dərinləşəcək”

“Kölgə iqtisadiyyatı”na qarşı mübarizə hazırda icra olunan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas hədəflərindən biridir”.

Bu fikri  Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

“Etiraf etmək lazımdır ki, 2018-ci ildən etibarən biz “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azalmasını müşahidə edirik. Bu özünü, bir tərəfdən, bağlanmış əmək müqavilələrində, yəni bütövlükdə məşğulluğun rəsmiləşməsində, eləcə də vergi daxilolmalarının artmasında göstərir. Xüsusən də vergi sistemindəki islahatlar gizli iqtisadiyyata qarşı mübarizəni xeyli surətləndirib”, – millət vəkili bildirib.

V.Bayramov əlavə edib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, bu islahatlar qarşıdakı illərdə də davam etdiriləcək: “Çünki “kölgə iqtisadiyyatı”nın minimum həddə salınması zaman tələb edən bir prosesdir. Gözlənilir ki, növbəti illərdə də əsas hədəflərdən biri məhz “kölgə iqtisadiyyatı”na qarşı mübarizə olacaq. Vergi Məcəlləsində edilmiş dəyişikliklər fonunda 2024-cü ildə bütövlükdə iqtisadiyyatın “ağardılması” prosesi davam etdiriləcək. Sahibkarlıq subyektləri, o cümlədən vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı dəyişikliklərdə məqsəd məhz iqtisadiyyatın “ağardılması”na nail olmaqdan ibarətdir. Ona görə də 2024-cü ildə “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində islahatlar daha da dərinləşəcək”.

Son xəbərlər
Digər xəbərlər