23 C
Baku
Thursday, August 11, 2022

Gələn il MasterCard Azərbaycanda gediş haqlarının kartla ödənişi sistemini istifadəyə verəcək

2020-ci ildə MasterCard Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sistemini istifadəyə verməyi planlaşdırır. Bunu şirkətin Azərbaycan üzrə direktoru Erdem Çakar deyib.

“Müştərilərimizin avtobus, metro və qatarda öz kredit kartları ilə ödəniş edə biləcəkləri bu cür sistem artıq London, Moskva, Sankt-Peterburq, Kiyevdə fəaliyyət göstərir. Bu çox rahatdır, çünki hər il Bakıya çox sayda turist səfər edir və onların qatara biletlər almasına ehtiyac qalmayacaq”, – Çakar bu gün mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu proses tətbiq olunmaq üçün bir qədər mürəkkəbdir, lakin MasterCard bunun üzərində fəal işləyir. “Baku Kart ilə birgə digər bir ideya var. Bu ideya müəyyən limitə çatandan sonra kartın balansının avtomatik doldurulmasına yönəlib”, – Çakar qeyd edib.

Onun sözlərinə görə, bundan əlavə gələn il şirkət mobil telefon vasitəsilə nağdsız ödəniş sistemini tətbiq etməyi və Azərbaycanda ali məktəblərin tələbə kartı ilə əhatəsini genişləndirmək niyyətindədir.

                                                                                                 İnterfaks-Azərbaycan

Son xəbərlər
Oxşar xəbərlər