23 C
Baku
Saturday, September 24, 2022

“Gələn il sosialyönlü xərclər bu illə müqayisədə 9.2 % çox olacaq”

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində sosialyönlü xərclər 2022-ci illə müqayisədə 9.2 % çox nəzərdə tutulub.

Banker.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasda bildirib.

O, əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılmasının daim dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb, qeyd edib ki, bu istiqamətdə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırlıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər