10 C
Baku
Şənbə, Noyabr 27, 2021

Gələn il üçün Azərbaycanın hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsait açıqlanıb

Gələn ilin dövlət büdcəsindən Azərbaycanın hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin məbləği məlum olub.

Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Belə ki, gələn dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 489 892 429,0 manat vəsait ayrılıb.

2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 153 165 727,0 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 501 146,0 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 119 118,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 605 521 347,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 600 442 500,0 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Son xəbərlər
Oxşar xəbərlər
X