Gələn ildən mənzillərin qiyməti qałxacaq

Gələn ildən mənzillərin qiyməti qałxacaq. Buna səbəb daşınmaz əmlakın sadələşdirilmiş vergi ödəyici siyahısından çıxmasıdır.

Misal: Əgər 2019-cu ildə Mənzil Tikinti Koperativi 100 000 evi satıb vergi orqanına bunun 2 faizini ödəyirdisi artıq 2020-ci ildən mənfəət (20%) vergisi və ƏDV(18%)-nin üzvü olmaqla 20%+18% = 38% vergi ödəməli olacaqlar.

Düzdü, bu onların xərclərini artırmağa yəni tikinti materiallarını baha alıb xərcdə də, onu o qiymətə göstərməsinə imkan versə də, bu heçnəyi dəyişmir. Çünki Vergi Məcəlləsində bazar qiyməti termini var. Bazarda tikinti materialının qiyməti 1000 manata olmaqla onu 5000 ala bilmərəm. Bu 100 faiz xərcləri çoxaldıb vergidən yayınmağa sövq edə bilərdi əgər bazar qiyməti anlayışı olmasaydı. Vergi Məcəlĺəsinin 14.6.1. maddəsində qeyd olunub ki, qiymət fərqi aşağı və yuxarı 30 faiz ola bilər. Yəni 1000 manatlıq malı maksimum bazar qiymətindən 30 faiz yuxarı bizim misala uyğun 1300 manata ala bilərsən. 

Vergi orqanın rəsmisi Samirə Musayevanın onlar üçün 30 faiz əgər ödənişləri nağdsız qaydadırsa güzəşt nəzərdə tutsa da deməsi bu heçnəyi dəyişmir. Üstəlik Milli Məcəlisin 3-cü oxunuşundan sonra Vergi Məcəlləsindəki dəyişiklik hələ prezident tərəfindən imzalanmayıb. İmzalansa belə mənzillərin qiymətlərinin ən azından 5-10 faiz qalxma müşahidə olunacaq.

Rauf Qarayev, iqtisadçı – ekspert 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları