5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Gələn ildən musiqi məktəblərinə işə qəbul imtahanla həyata keçiriləcək

“Gələn ildən musiqi məktəblərinə işə qəbul prosesini imtahan yolu ilə keçirilməsinə başlayacağıq”.

Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: “Təəssüflər olsun ki, musiqi məktəblərinə işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, Dövlət İmtahan Mərkəzini cəlb edək və Mədəniyyət Nazirliyi prosesdən kənarda qalsın. Həmçinin müəllimlərin diaqnostikasının aparılmasını istəyirik, bununla da nöqsanları müəyyən etməyə çalışırıq. Hazırda ölkədə 220-yə yaxın musiqi məktəbimiz var”.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər