10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Gələn ilin icmal büdcə kəsiri 8 milyard manatdan çox olacaq

2021-ci il üzrə icmal büdcə gəlirləri 20 619.1 mln. manat səviyyəsində, icmal büdcə xərcləri 28 627,2 mln. manat məbləğində proqnozlaşdırılır. Bu barədə Banker.az Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamaya istinad edir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üçün büdcəsinin gəlirləri 5 932.9 milyon manat nəzərdə tutulur. ARDNF-in 2021-ci il üçün büdcəsinin xərcləri 12 420.5 milyon manat təşkil edəcəkdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 5 146.3 milyon manat məbləğində proqnozlaşdırılır. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 152.4 milyon manat nəzərdə tutulur.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 502.3 milyon manat proqnozlaşdırılır.

Müvafiq olaraq, icmal büdcə kəsrinin 8 008.1 mln. manat olacağı gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər