“Gələn ilin proqramını üç variantda işləmişik”

0

“Gələn ilin proqramını üç variantda işləmişik. Biz gələn il Abşeron rayonunda əlavə olaraq 1890 ailəlik, Goranboy rayonunda isə 552 ailəlik qəsəbələr sala bilərik. Bunlar üç variantdır, Sizin diqqətinizə çatdırırıq, tapşırıqlarınızı gözləyəcəyik”. 

Bunu Prezident İlham Əliyevlə görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O qeyd edib ki, Gəncə şəhərində 1512 ailəlik qəsəbə sala bilərik: “Bunların hamısının vəsaiti Sizin tərəfinizdən ayrılıb. Qaradağ rayonunun “Ümid” qəsəbəsində də 500 ailəlik şəhərcik sala bilərik. Şəmkir rayonunun ərazisində 375 məcburi köçkün ailəsi üçün yeni qəsəbə tikə bilərik. Bu, bizim təqdim edə biləcəyimiz ikinci variantdır. Üçüncü variantımız – məcburi köçkünlər üçün Binəqədi rayonunda ayrılmış torpaqlarda 800 ailəlik, Gəncə şəhərində 1512 ailəlik və Samux rayonunun ərazisində 200 ailəlik qəsəbələr sala bilərik”.

Komitə sədri bildirib ki, birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin, üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi nəzərdə tutulub.