21 C
Baku
Monday, July 22, 2024

Gələn ilin səhiyyə xərclərinin məbləği açıqlanıb

2021-ci ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 1409.0 milyon manat vəsait ayrılacaq.

Banker.az xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.

Qeyd edilib ki, gələn ilin səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4.9 % təşkil edəcək.

Səhiyyə xərcləri üçün ayrılan vəsaitin 1.5 milyon manatı və ya 0.1 faizi poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 153.7 milyon manatı və ya 10.9 faizi xəstəxanaların saxlanılması xərclərinə, 2.4 milyon manatı və ya 0.2 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə, 1251.4 milyon manatı və ya 88.8 faizi səhiyyə sahəsində digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Son 5 ildə (2016-2021-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1.0 faiz-bənd, natural ifadədə isə 706.5 milyon manat və ya 2 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər