31 C
Baku
Friday, July 12, 2024

Gəlinliklərdə dekolteyə görə vergi tətbiq oluna bilər

İtaliyanın şimal-şərqindəki Mestre şəhərində rahiblərdən biri yeni vergi növü təklif edib.

Rahib Kristiano Bobbo kilsədə nikah zamanı gəlinlərin geyimindəki dekoltenin (Décolletage) səviyyəsinə görə vergi tətbiq olunmasını təklif edib.

Rahib bildirib ki, son zamanlar qadınlar öz gəlinliklərində bu və ya digər personajları təqlid etməyə çalışır. Rahib əlavə edib ki, onun təklifi zarafat xarakteri daşısa da, dərin mənaya malikdir.

Qeyd edək ki, İtaliyada nikahlar evlənə cütlüyün seçimi ilə ya bələdiyyədə, ya da kilsədə qeydiyyata alına bilər.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər