29 C
Baku
Thursday, July 18, 2024

“Gəncə Bank”ın təminatsız kreditorlarının tələblərinin ödənilməsinə başlanılacaq

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Gəncə Bank” ASC-nin kreditorlarına müraciət edib.

Banker.az məlumatına görə, müraciətdə bildirilir ki, aprelin 15-dən Bankın təminatsız kreditorların tələblərinin ödənilməsinə başlanılacaq.

Kreditorlar “Gəncə Bank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti, 260 ünvanında yerləşən baş ofisinə və ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə və bank rekvizitləri ilə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər