Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxs “Aztex Construction” MMC və “MAC Construction” QSC birgə konsorsiumu ilə təxminən 13 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin binasının inşası üzrə söküntü, tikinti və müxtəlif təchizat işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri 12 707 774.71 AZN təşkil edir.