12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Gəncə Yaşayış Kompleksinin internet səhifəsi istifadəyə verildi

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi olan Gəncə Yaşayış Kompleksində güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu gence.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilmişdir.

“Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq hazırlanmış internet səhifə istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın imkanlarından daha çevik yararlanmasına şərait yaradır.

İstifadəyə verilmiş internet səhifə hər kəs üçün Gəncə şəhərində güzəştli mənzillər barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Gəncə şəhərində güzəştli mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola bilərlər.

Bununla yanaşı, Gəncə şəhərində güzəştli mənzillərin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.

sayt2 sayt3 sayt4

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar haqqında məlumatları əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

Gəncə Yaşayış Kompleksində satışa çıxarılan hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumatı “Mənzillər” bölməsindən əldə etmək mümkündür.

Qeyd edək ki, Agentliyin fəaliyyəti dövründə ilk dəfə 4 otaqlı güzəştli mənzillər Gəncə Yaşayış Kompleksində vətəndaşlara təklif ediləcək.

sayt5 sayt6

Son xəbərlər
Oxşar xəbərlər
X