28 C
Baku
Saturday, July 27, 2024

Gəncədə 22 milyon manata yaşayış binaları tikiləcək – Müqavilələr imzalandı

Mənzil İnşaatı Dövlət Agentliyinə tabe olan “MİDA” MMC “Amal Group” MMC, (NN Group MMC konsorsium) və “Müasir Tikintilər” MMC ilə ümumi məbləği 21 milyon 513 min 845 manat olan müqavilələr bağlayıb.

Banker.az xəbər verir ki, “Amal Group” MMC ilə bağlanmış 2 müqavilənin məbləği 15 milyon 179 min 898 manatdır. Müqavilələrdə Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin 5 nömrəli 9 mərtəbəli 2 bloklu, 6 və 7 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi və 3 və 4 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi nəzərdə tutulur.

“Müasir Tikintilər” MMC ilə bağlanmış müqavilənin məbləği isə 6 milyon 333 min 947 manatdır. Bu müqavilə Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin 1 və 2 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi barəsindədir.

 

Son xəbərlər
Digər xəbərlər