29 C
Baku
Thursday, July 25, 2024

Gəncədə dağıdılmış evləri və obyektləri 2 milyon manata “Conco” şirkəti tikəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Conco” QSC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 milyon manatdır.

“CONCO” QSC Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından fəaliyyətə başlayıb.

Son xəbərlər
Digər xəbərlər