13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Gəncədə koronavirusa qarşı qabaqlayıcı tədbirlər davam etdirilir

faizlere

Gəncədə COVİD-19 pandemiyasının geniş yayılmasının qarşısını alınması istiqamətində mütamadi olaraq qabaqlayıcı tədbirlər aparılır. Bu sahədə görülən tibbi-profilaktik tədbirlərin effektivliyinin artırılması məqsədilə Gəncədə gündəlik görülən dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş qaydada həyata keçirilir.

İcra Hakimiyyətində verilən məlumata görə, dezinfeksiya işləri şəhərin mərkəzindəki küçə və prospektləri, park və xiyabanları, qəsəbələri, çoxmənzilli yaşayış binaların giriş qəfəsləri və həyətlərini, uşaq meydançalarını, habelə əhalinın sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir.

Dezinfeksiya işlərinə Gəncə Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər Mənzil Kommunal Təsərrfüatı İstehsalat Birliyinin xüsusi təlim keçmiş işçiləri də cəlb edilirlər.

Qeyd edək ki, şəhərdə görülən profilaktik tədbirlər mütamadi olaraq davam etdirilir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:apa.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər