Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə 2 müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, hər iki müqavilədə Gəncə şəhərində İdman Sarayının və Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Müqavilələrin cəmi məbləği isə 18 750 000 manatdır.
Qeyd edək ki, sərəncamla Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.