16 C
Baku
Cümə, May 20, 2022

Gəncədə ticarət mərkəzinin rəhbəri cərimələnib

Gəncə şəhərində Zülfü Hacıyev küçəsində fəaliyyət göstərən “Grand Qafqaz” ticarət mərkəzində planlı yoxlama keçirilib. Aşkar olunub ki, baytarlıq sanitariya ekspertizası olmadan heyvan mənşəli məhsullar, müxtəlif əmtəə nişanı ilə kərə yağı adı altında bitki tərkibli spred yağları satışa çıxarılır. Həmçinin mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu müəyyən edilib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

AQTA-dan bildirilir ki, faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Oxşar xəbərlər