32 C
Baku
Tuesday, July 23, 2024

Gəncədə zavod sayğac istehsalından 12 mln. manat gəlir, 694 min manat xalis mənfəət əldə edib

Azərbaycanda su, qaz, elektrik sərfiyyatını ölçən cihazlar (sayğaclar) istehsal edən “Gəncə Cihazqayırma Zavodu” ASC-nin 2023-cü il üzrə maliyyə nəticələri açıqlanıb.

Banker.az xəbər verir ki, zavod ötən il 12.318 mln. manatlıq əsas fəaliyyət istiqaməti üzrə gəlir əldə edib. Bu da 2022-ci ildə qeydə alınmış 11.049 mln. manatdan 1.269 manat və ya 11.5 faiz çoxdur.

Şirkətin satışlarının maya dəyəri isə illik müqayisədə cəmi 9% artaraq 11.28 mln. manat olub ki, bu da onun 1.038 mln. manat ümumi mənfəəti deməkdir.

Zavod inzibati xərclərə 0.929 mln. manat, digər xərclərə isə 0.668 mln. manat xərc çəkib və nəticədə keçən il 0.694 min manat xalis mənfəət əldə edib.

Bu xalis mənəfətdən sonra onun kapital balansında 7.424 mln. manat bölüşdürülməmiş mənfəət olub. “Gəncə Cihazqayırma Zavodu”nun nizamnamə kapitalı 0.212 mln. manat təşkil edir.

Aktivlərin həcmi son bir ildə 44% artaraq 14.685 mln. manata yüksəlib. Zavodun kassasındakı nağd pul vəsaitlərinin həcmi son bir ildə 0.413 mln. manatdan 2.498 mln. manata yüksəlib.

2024-cü ilin martında açıqlanan məlumata əsasən, Gəncə Cihazqayırma Zavodunda istehsal olunan sayğacların laboratoriya və istismar sınaqlarının müsbət nəticəsinə əsasən, SOCAR rəhbərliyi burada mexaniki qaz sayğaclarının istehsal edilməsi ilə bağlı qərar qəbul edib.

“Azəriqaz” İB-lə Gəncə Cihazqayırma Zavodu arasında yerli mexaniki qaz sayğaclarının istehsalına başlamaq üçün əməkdaşlıq haqqında memorandum imzalanıb. Əldə olunan razılığa əsasən, Gəncə Cihazqayırma Zavodu birinci il 200 min ədəd, növbəti illərdə isə 400 min ədəd sayğac istehsal edəcək.

Bununla əlaqədar olaraq, zavoda əlavə texnoloji avadanlıq alınıb, sahəsi 1000 kvadratmetrdən çox olan istehsal kompleksi inşa edilib. Burada 25 min ədəd qaz sayğacının komplekləşdirici hissələrinin yığıldığı anbar, alman istehsalı olan yüksək məhsuldar avadanlıqlarla təchiz edilmiş sex, qablaşdırma sahəsi və hazır məhsullar anbarı yerləşir. Bütün bunlar ildə 500 min ədədədək qaz sayğacı istehsal etməyə imkan verəcək.

Xatırladaq ki, “Gəncə cihazqayırma zavodu” ASC 2009-2011-ci illərdə “PAŞA Holding”in paylı iştirakı ilə Gəncə şəhərində yaradılmışdı.

342342 234324324324324324324

Son xəbərlər
Digər xəbərlər