10 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

Gəncədən İstanbula və Ukraynaya alüminiumu 2 milyon manata çatdıracaqlar

“Azəralüminium” MMC 2 şirkətlə 2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Paga-Trans Lojistik” və “Proff Logistics” MMC-dir.

“Paga-Trans Lojistik” ilə bağlanmış müqavilədə İki il ərzində Alüminium külçə,rulon və billet yükünün yük maşını ilə Gəncə sahəsindən İstanbul(Asiya tərəf) şəhərinə daşınması xidməti nəzərdə tutulur. Müqavilənin məbləği isə 2 080 000 manatdır.

“Proff Logistics” MMC ilə bağlanmış müqavilədə isə Alüminium rulon yükünün yük maşını ilə Gəncə sahəsindən Dnepropetrovsk (Ukrayna) şəhərinə daşınması xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 114 920 manatdır.

 

 

Son xəbərlər
Oxşar xəbərlər