26 C
Baku
Saturday, July 27, 2024

Gəncədən Miniskə 400 tonluq alüminiumu 51 min manata çatdıracaqlar

“Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti aluminium rulon yükünün Gəncə sahəsindən Minsk şəhərinə daşınması üçün yeni logistik- daşıma şirkəti ilə anlaşıb.

Banker.az-ın xəbərinə görə, 400 tonluq alüminium rolonunu qeyd edən məkana çatdırmaq üçün 2020-ci il ərzində “Paga-Trans Lojistik” Məhdud Məsuliyyətli Cəmiyyəti təmin edəcək.

Anlaşmaya əsasən buna görə, şirkətə 51 400  dəyərində vəsait veriləcək. Bu da bir tonu təqribən 128,5 manata başa gəlməsi deməkdir.

Xatırladaq ki, “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən təsis edilmişdir. Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin müəssisələrini özündə birləşdirməklə  boksit (gələcəkdə həm də alunit) filizindən alüminium-oksid (gil-torpaq), ilkin alüminium külçə, billet ,  yarımfabrikat tökmə rulon, qalınlığı 0,2-2,5 mm olan soyuq yayılmış və boyanmış təbəqələr istehsal edir. İllik istehsal gücü 50min tondur. Müəssisənin məhsulları 98% ekspert edilərək, Türkiyə, Rusiya, Avropa Birliyi ölkələri və ABŞ-a satılır.  

Son xəbərlər
Digər xəbərlər