17 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

Screen Shot 2021 09 02 at 14.34.20

Oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələrinin raket zərbələri nəticəsində Azərbaycan-Gürcüstan elektrik xətti zədələnib.

“Azərenerji” ASC-dən  verilən məlumatda bildirilir ki, Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də, Gəncə istiqamətində endirilən zərbə beynəlxalq əhəmiyyətli 500 kV-luq Samux-Qardabani hava elektrik xəttində qəzaya səbəb olub.

24 saat fasiləsiz xidmət göstərən “Azərenerji” ASC əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.  

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər