Gənc amerikalılar dövlət ödəmələrinin yarısını səhmlərə xərcləməyə qərar verdilər

Yaşı 25-34 arasında olan gənc amerikalılar dövlət ödəmələrinin yarısına qədərini səhmlərə xərcləməyi planlaşdırırlar.

Bu barədə Banker.az “Forbes.ru”ya istinadən xəbər verir.

“Deutsche Bank”ın verdiyi məlumata görə, bu, fond bazarına 150 milyard dollara qədər gəlir gətirə bilər. Nəticədə, vəziyyət əhəmiyyətli dərəcədə dəyişəcək.

Statistika göstəricilərinə əsasən, 25-24 yaşlı amerikalılar dövlət ödəmələrinin təxminən 50%-ni, 18-24 yaşlı vətəndaşlar – 40%-ni, 35-54 yaşlılar isə – 37%-ni səhmlərə xərcləməyi düşünür. Xatırladaq ki, hal-hazırkı plan üzrə ABŞ-da hər bir vergi ödəyicisinə dövlət tərəfindən 1400 dollar yardım veriləcək.

ABŞ prezidenti Co Baydenin planına görə, əhalinin istehlakını stimullaşdırmaq üçün təxminən 405 milyard dolların ayrılması nəzərdə tutulur, bunun 150 milyard dolları fond bazarına axa bilər.

Xatırladaq ki, 6 mart tarixində ABŞ Senatı Baydenin 1.9 trilyon dollarlıq ölkə iqtisadiyyatının xilas edilməsi planını təsdiq edib. Demokratlar plana dəstək çıxıblar, respublikaçılar isə onun əleyhinə səs veriblər. Planın Nümayəndələr Palatası tərəfindən də təsdiq edilməsi gözlənilir. Sonuncu dəfə ABŞ hökuməti amerikalılara 2020-ci ilin dekabr ayında 600 dollar yardım etmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.