27 C
Baku
Saturday, July 27, 2024

Gənclər və İdman naziri yeni idarə rəisi təyin edib

Neftçala Rayon Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Əhmədov Araz Tofiq oğlu təyinat alıb. Yeni rəis artıq bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, Əhmədov Araz Tofiq oğlu 2 oktyabr 1972-ci ildə Neftçala şəhərində anadan olub. O bundan əvvəl rayon Təhsil şöbəsində işləyib.

Son xəbərlər
Digər xəbərlər