Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Məmmədov Elnur Dilqəm oğluna məxsus, Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən “Yuxarı Narzan” restoranında Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib.
Baxış zamanı ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.
Müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulduğu, mənşəyi məlum olmayan qida məhsullarının (ev şəraitində hazırlanmış turşular və kompotlar) və baytarlıq baxışından keçməyən ət və süd məhsullarının istifadə olunduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar məlum olub.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.