13 C
Baku
Friday, April 26, 2024

Gələcək hadisələri proqnozlaşdıran süni zəka: türk sahibkar qəhvə falı xidmətini işə salaraq 5 milyon istifadəçi qazandı

Faladdin sayəsində türklərin falçılardan məsləhət almağa ehtiyac duymurlar. Bu xidmətin qurucusu artıq növbəti addım atmağa hazırlaşır – beynəlxalq genişlənmə və Amerikanın fəthi. 

Sertac Taşdelen – türk sahibkar və Faladdin qəhvə falı xidmətinin yaradıcısıdır. Bu xidmət süni zəka əsasında işləyir və özündə “taro, astrologiya və qəhvə falı kimi mistik dissiplinlərin dərin öyrənmə bacarıqlarını”  birləşdirən proqnozlar təqdim edir. 

Bildiyimiz kimi, qəhvə falı türklərin əsrlər boyu davam edən ənənəsidir: onlar üyüdülmüş qəhvəni bişirəndən sonra fincanın dibində qalan simvolları “oxuyurlar”. 

Hər gün 1 milyondan çox xidmət istifadəçisi – 700 min türk dilində, 200 min ərəb dilində və 100 min ingilis dilində – bu tətbiqə qəhvə qalığının fotolarını yükləyir və 15 dəqiqəyə fərdiləşdirilmiş “proqnozlar” əldə etmiş olurlar.  

2017-ci ilin əvvəlindən bəri Faladdin tətbiqi təxminən 20 milyon dəfədən çox yüklənib – əsasən Türkiyə və Fars körfəzi ərazisində yaşayan istifadəçilər. Siz də istəsəniz, Google Play-in “Həyat tərzi” kateqoriyasına daxil olub yükləyə bilərsiniz. 

2020-ci ilin mayında Faladdin-nin aktiv istifadəçilərinin sayı ayda 5 milyon, illik gəliri isə 5 milyon dollar (bu məbləğin 60%-i reklamın payına düşür) təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 20 dəfə çoxdur. 

download 2

 

 

 

 

 

 

 

 

2020-ci ildə Faladdin Türkiyədən kənarda reklama 1 milyon dollar xərcləməyi və beynəlxalq auditoriyanı cəlb etməyi planlaşdırır – indi isə astrologiya və falçılığın köməyi ilə, – Rest of World nəşriyyatı yazır. 

“Uber” dən süni zəkaya qədər

Taşdelenin 37 yaşı var və o, fala baxmağı anası Binnazdan öyrənib. Qeyd edək ki, Binnaz Türkiyədə bu tematikada yazılan məşhur kitabın müəllifidir və 30 ildən çoxdur ki, Ankaradakı aptekə idarə edir. 

Binnaz aptekə gələn müştərilərlə ünsiyyət quraraq, onlara qəhvə bişirib fala baxırdı. Müştərilər isə dərmanlar vasitəsilə deyil, onun falı sayəsində sağaldığını deyirdilər. 

2000-ci illərin əvvəlində Taşdelen Ernst&Young-da işə düzəlir və Dubaya köçür. 23 yaşında o, Armani şirkətində çalışmağa başlayır və paralel olaraq şəxsi biznesini qurmağı düşünür.

download 1

 

 

 

 

 

 

 

 

Bir gün Taşdelenin iş yoldaşı Binnazdan fərdi konsultasiya almaq istədiyini söyləyir. O, iş yoldaşının fincanının şəklini anasına göndərərək, bir neçə dəqiqədən sonra biznesini tapmış olduğunu başa düşür. 

Taşdelen WordPress-də Binnaz üçün şəxsi bloq yaradır. İlk bir neçə ayda istifadəçilər qəhvə falı xidmətindən pulsuz şəkildə istifadə edə bilirdilər, bir müddətdən sonra isə Binnaz monetizasiyanı qoşdu. 

2010-cu ildən 2019-cu ilədək “fal bazası” genişlənirdi, texnologiya isə “uberləşirdi”: falçıların sayı minə çatdı, bloq sayta çevrildi, daha sonra isə Binnaz tətbiqi yaradıldı. Qeyd edək ki, bu günə qədər Binnaz tətbiqini Google PlayApp Store-dən 2 milyondan çox istifadəçi yükləyib. 

Türkiyədə falçılıq texniki olaraq qanunsuz sayılır və buna görə  də falçılar illərlə biznesini gizlətməli olurlar. 

Bununla yanaşı, falçılıq kifayət qədər gəlirli işdir – çoxları ayda 478 dollardan çox qazanır. Onlayn-falçılıq isə bir çox riskləri əhəmiyyətli dərəcədə azaldır: falçılar evdən işləyirlər və daha çox qazanc əldə edə bilirlər. 

Binnaz tətbiqinin uğurunu görən Taşdelen, süni zəka əsasında işləyən Faladdin tətbiqini işə salır. Bu xidmət içində qəhvə qalıqları olan fincanın şəkillərini tanıyır və 15 dəqiqə ərzində istifadəçiyə gələcək hadisələr haqqında proqnozu təqdim edir. 

 

Faladdin üzərində 30 nəfər çalışıb – onlar arasında psixoloqlar, dramaturqlar, redaktorlar və marketoloqlar vardır.

 İlk başlarda süni zəka uğursuz olmuşdur: müştərilər “Quş uçur. Pişik miyoldayır. Bu – dəftərdir” tipli şərhlər alırdılar. 2019-cu ildə Taşdelen testləri daha maraqlı etmək üçün proqnozları süni intellekt laboratoriyasına göndərməyə başladı. 

download

 

 

 

 

 

 

 

 

O, bu texnologiyanın əhəmiyyətli dərəcədə yaxşılaşdığını və düzgünlüyü 99% olan “insan” dilində 6000-dən çox proqnoz verdiyini iddia edir. 

Nəyə görə Faladdin xidməti bu qədər populyar oldu?

Faladdin xidmətinin populyarlığı əsasən yerli bazarın xüsusiyyətləri ilə əlaqəlidir:

1) Falçılığın dəyəri tətbiq ilə müqayisədə daha yüksəkdir və adətən belə bir xidmət çox vaxt tələb edir. 

2) Falçıların bir qismi pul yığaraq “qeyri-müəyyən müddətli məzuniyyətə” gedir. 

3) Populyar falçıların müştəriləri çox olur ki, bu da müştərilərin bir qisminin itirilməsinə gətirib çıxarır. 

4) Millenialların əksəriyyəti üz-üzə görüşlərə deyil, yazılı mesajlara üstünlük verir. 

Buna baxmayaraq, türklər falçılara daha çox üstünlük verirlər, çünki yalnız bu halda “insani əlaqə” yaratmaq mümkün olur. Təəssüf ki, heç bir alqoritm bunu əvəz edə bilməz. Faladdin yaradıcısının sözlərinə görə, falçılığı meditasiya ilə müqayisə etmək olar – siz hər iki halda həm tətbiqdən, həm də üzbəüz keçirilən konsultasiyalardan istifadə edə bilərsiniz. 

“Bəşəriyyətin alqoritmi mürəkkəb deyil”

Türkiyədə populyarlıq qazandıqdan sonra Taşdelen auditoriyasını Qərbdə genişləndirməyi planlaşdırsa da, müəyyən problemlərlə üzləşmiş olub. Birincisi, Türkiyə və Amerika mədəniyyəti köklü şəkildə bir-birindən fərqlənirlər və belə olduqda, qəhvə falı amerikanlara gülünc gələ bilər. 

Çıxış yolu kimi sahibkar astrologiyanı təklif edir, “Faladdin üçün bu eyni şeydir”, Taşdelen söyləyir. 

“Əvvəllər fincanda gördüyünüz ağacın maliyyə çətinliklərinə işarə etdiyini deyirdiksə, indi maliyyə çətinliklərinin Merkuri  planeti ilə əlaqəli olduğunu deyəcəyik”, – Sertac Taşdelen. 

O, fala baxmaq metodlarının elmə bağlı olmadığını qəbul etsə də, Faladdin tətbiqini 23andMe genetik testlərlə müqayisə edir. Sahibkarın sözlərinə görə, bu, elm və əyləncənin qarışığıdır. 

 Sertac Taşdelen Rest of World nəşriyyatına verdiyi müsahibədə qəhvə falı ilə 2008-ci il maliyyə böhranını proqnozlaşdırdığını açıqladı. 

“Tanış bankir məndən bunu necə bacardığımı soruşdu. Mən isə sadəcə hiss etdiyimi söylədim. Goldman Sachs-ın proqnozları yararsızdır – gələcəkdə mənə bu barədə suallarınızı verərsiniz”, – Sertac Taşdelen. 

Proqnozların yüksək dəqiqliyi səbəbindən bir sıra istifadəçilər sahibkarı məxfiliyin pozulmasında günahlandırmağa başladılar. Məsələn, 24 yaşlı əczaçı Burku Aydoğdu tətbiqin istifadəçiləri izlədiyi sübuta yetirildiyi halda tətbiqi siləcəyini söyləyir. 

Taşdelen xidmətin istifadəçiləri izlədiyini inkar etmir – onun topladığı məlumatlara cins, yaş, vəzifə və ailə statusu daxildir. Sahibkarın sözlərinə görə, bunların köməyi ilə mümkün hadisələri proqnozlaşdırmaq çətin deyil. 

“Hər bir insan müəyyən yaşda ailə qurmaq istəyir valideynlər isə uşaqlarının perspektivlərini düşünürlər. Əslində bəşəriyyətin alqoritmi çox mürəkkəb deyil”,  – Sertac Taşdelen.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər