17 C
Baku
Monday, April 29, 2024

Gələcək iPhone 16 Pro-nun dizaynı açıqlanıb

Gələcək iPhone 16 Pro-nun eksklüziv renderləri “91mobiles” portalında dərc edilib. Bu cür çertyojlar adətən aksesuar istehsalçılarına əvvəlcədən göndərilir ki, bu da “Apple”ın növbəti flaqman cihazının faktiki dizaynını təsvir etməyə imkan verir.

1

Ekranın diaqonalı 6.1-dən 6.3 düymədək artırılacaq və smartfon bir qədər böyüyəcək.  “91mobiles”in məlumatına görə, gələcək modelin ölçüləri iPhone 15 Pro-nun 146.6 x 70.6 x 8.25 mm ilə müqayisədə 149.6 x 71.4 x 8.4 mm olacaq.

2

Bunda əlavə daha iki kiçik dəyişiklik gözlənilir. Birincisi, “hərəkət” düyməsi ölçüdə artacaq və səs düymələri ilə eyni olacaq. İkincisi, sağ tərəfdə, söndürmə düyməsinin altında kameranı tez işə salmaq üçün nəzərdə tutulmuş başqa bir düymə görünəcək.

3

iPhone 16 Pro-nun hazırkı Max modelində bənzər 5x optik böyütmə kamerasına sahib olacağı barədə şayiələr var. Həmçinin cihaz yeni A18 prosessorunu alacaq.

4

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər