16 C
Baku
Monday, May 6, 2024

“Gələcəkdə ərzaq təhlükəsizliyinə çəkilən xərclər azalacaq”

“Azərbaycanda işğaldan azad edilmiş ərazilərin aqrar potensialından istifadə edilməsi gələcəkdə ərzaq təhlükəsizliyinə çəkilən xərcləri azaldacaq”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elnur Allahverdiyev deyib.

“Gələn il ərzaq təhlükəsizliyi üçün 625 milyon manat, ümumilikdə kənd təsərrüfatına isə 1.2 milyard manat vəsait ayrılıb. Bu, qeyri-neft sektorunun inkişafı, yeni iş yerləri deməkdir”, – deyə o qeyd edib.

“Azərbaycanın Qarabağı öz gücünə bərpa etməsi onun iqtisadi qüdrətini göstərir. Dünən qəbul edilmiş sənəddə (Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”) ambisiyalı layihələrin yer alması bir daha göstərir ki, Qarabağ Azərbaycandır!”, – deyə E.Allahverdiyev əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər