“Distant və ya hibrid təhsil forması nazirliyin seçimi, istəyi olmur. Ölkədə pandemiya hələ də davam edir. Vaksinasiya faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir”.
Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, hansısa məktəblərdə və ya ali təhsil müəssisələrində yoluxma sayı arta bilər və bu, qaçılmazdır: “Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq məhdud qapanmalara getməyə məcbur ola bilərik”.
Oxşar yazı: “Kontakt” “Dərsə ağıllı başla” kampaniyasına start verdi – 50%DƏK ENDİRİMLƏR