26 C
Baku
Sunday, April 28, 2024

Gələcəyin şirkətlərində yeni vəzifələr…

Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev

Bir neçə ay əvvəl 2020-ci ilə doğru gələcəyin ən çox qazandıracaq peşələrinin bir siyahısının qaynağını göstərərək qeyd etmişdim ki, bu 10 peşədən 9-u tibb sahəsi ilə əlaqədardır. Tək bir peşənin isə idarəetmə və marketinqlə əlaqədar olduğunu qeyd etmişdim. Bu da Bazar analitiki peşəsidir. Və elə həmin məqalədə bu peşə ilə əlaqədar düşüncələrimi paylaşmışdım.

İndi isə World Future Society-nin hesabatlarında yer alan gələcəyin şirkətlərində meydana çıxacaq vəzifələr haqqında yazmaq istəyirdim. Bu vəzifələr və ya işlər maraqlı olduğu qədər elə indidən üzərində düşünülməsi vacib işlərdir. Nədir bunlar? İstərdim bir neçəsi haqqında bəhs edim:

Manager of Diversity -Müxtəliflilik(Çeşidlilik) meneceri: Qloballaşan dünyada həm istehlakçıların sosial, dini, milli, mədəni, coğrafi və digər aspektlərdən müxtəlifliyi, həm də işçilərin bu aspektlər baxımından müxtəlifləşməsi şirkətlərdə böyük problemlərin yaranması ilə nəticələnir. Məhz müxtəlif bazarlarda iştirak etmənin istehlakçı müxtəlifliyi ilə nəticələnməsi və şirkətlərin özündə yuxarıdakı fərqli xüsusiyyətlərə malik işçilərin artması şirkətlərdə bu müxtəlifliyi idarə edə biləcək insanların əhəmiyyətini artırır. Gələcəkdə şirkətlərin xarici və daxili müştəri yönümlü işləyəcək bu cür idarəedici insanlara ehtiyaclarının şiddətlənəcəyindən bəhs edilir.

Offshore Outsourcing Coordinator: Rəqabətin artması ilə şirkətlərin getdikcə maliyyətlərini düşürərək maliyyət üstünlüyü yaratmaq istiqamətindəki fəaliyyətləri artıq bu vəzifənin vacibliyini sürətləndirməkdədir. Ancaq bunun sadəcə bir istiqamətdə (məsələn, xam məhsul alımı ilə) olmayacağı, outsourcing xidmətinin müxtəlif istiqamətlərdə daha da artacağı qeyd edilir. Məhz buna görə də gələcək şirkət strukturlarında Outsourcing xidmətinin struktur vahidi kimi yerini möhkəmlədəcəyi və ümumi struktur fəaliyyətinə təsir edəcəyi gözlənilir.

Corporate Age Adviser Korporativ Yaş üzrə məsləhətçi: Cəmiyyətlərdəki müxtəlif tip dəyişmələrin, yeniliklərin çox yaşlı 60-65 yaş üstü və gənc sayılacaq şirkət əməkdaşları arasında işə yanaşma tərzindən başlayaraq müxtəlif mövzularda daha şiddətli düşüncə ayrılığı yaratdığı üçün şirkətlərdə bunu idarə etmək çətinləşir. Məhz bu problemlərin həlli məqsədilə bu istiqamətdə məsləhətçilərə ehtiyac yaranacağı araşdırmalarda qeyd edilir.

Corporate Historian- Korporativ tarixçi : Ən maraqlılarından biri də budur. Şirkətlərin də insan kimi keçmiş xatirələri olduğunu və bu xatirələri nəsildən-nəslə işçilərinə canlandırması, keçmişi indisi və gələcəyini bütöv bir şəkildə mənimsətməsi ehtiyacının yarandığı müdafiə edilir. Xüsusilə şirkətin keçmiş uğurlarından və səhvlərindən dərs çıxarılması məqsədi ilə şirkətin bütün fəaliyyətlərinin yazılması, saxlanılması və gələcək işçilərinə ötürülməsinin vacibliyi qeyd edilir.

Maraqlı vəzifələrdir elə deyil? İndilik bu qədər. Çox uzun və yorucu olmasın deyə digər vəzifələr haqqında növbəti yazıda davam edəcəyəm…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər