2021-ci ilin yanvar ayında ABŞ-da şist neftinin istehsalındakı azalma 2020-ci ilin dekabr ayı ilə müqayisədə 137 min barel olacaq. Nəticədə gündəlik istehsalat 7 438 milyon barelə düşəcək.
Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin hesabatında deyilir.
Hesabatda deyilir ki, şist neftin çətin çıxarılan yeddi ərazisinin altısında hasilat azalacaq. Ən böyük azalma Permiya hövzəsindəki layihələr üçün proqnozlaşdırılır.
Burada gələn ilin yanvar ayında şist neftinin istehsalının 44 min barel azalaraq gündəlik 4,2 milyon barelə düşməsi gözlənilir.