10 C
Baku
Wednesday, November 13, 2024

Bir zamanlar məşhur olan BBM gələn aydan öz fəaliyyətini dayandıracaq

 BlackBerry şirkəti 31 may 2019-cu il tarixində özünün BlackBerry Messenger (BBM) tətbiqinin fəaliyyətini dayandıracaq. Bunu 2016-ci ildən bəri sözügedən messenceri idarə edən İndoneziyanın Emtek şirkəti bildirib.

 Messencerin təmsilçiləri bildiriblər ki, BBM istifadəçiləri artıq uzun müddətdir ki, başqa messencerlərə keçid ediblər. BBM-ə isə yeni auditoriyanı cəlb etmək mümkün olmayıb.

   BBM öz fəaliyyətini dayandırandan sonra istifadəçilər köhnə fotolara, mesajlara və digər fayllara baxmaq üçün tətbiqə daxil ola bilməyəcəklər. Foto, video və digər faylları 31 may tarixinə kimi yükləmək olar. Lakin messencerdəki kontaktları başqa yerə keçirtmək mümkün olmayacaq. BlackBerry şirkəti bildirib ki, o, Emtek şirkətinin BBM-in fəaliyyətini dayandırmaq qərarına hörmətlə yanaşır. Lakin bununla yanaşı şirkət istifadəçiləri ünsiyət üçün olan platformadan məhrum etmək istəmir.

    Buna görə də şirkət BBM-in korporativ versiyasını yaradacaq. Korporativ versiya BBM Enterprise adlanacaq və o, ent-to-end şifrələmə sisteminə sahib olacaq. Servis birinci ili tam pulsuz şəkildə fəaliyyət göstərəcək. Lakin sonradan ondan istifadə üçün abunəlik ödənişini etmək lazım gələcək. Yarım illik abunəliyin qiyməti 2.49$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, BBM mesajlaşma üçün nəzərdə tutulmuş ən köhnə messencerlərdən biridir. BlackBerry onu 2005-ci ildə istifadəyə vermişdi. 2016-cı ildə isə bu messencerin inkişafı yolunda Emtek Group holdinqi BlackBerry şirkəti ilə əməkdaşlığa başladı.

©Technote

Son xəbərlər
Digər xəbərlər