7 C
Baku
Thursday, December 12, 2024

Gələn ay “Yelo Bank”ın səhmdarlarının ümumi yığıncağı keçirilir

“Yelo Bank” ASC-nin səhmdarlarının 15 may 2024-cü il tarixində ümumi yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, bu barədə bankın Müşahidə Şurasının məlumatında qeyd edilib.

Ümumi yığıncağın gündəliyinə bankın nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, cari və təşkilatı məsələlər daxil edilib.

Yığıncaq bankın baş ofisi – Bakı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında baş tutacaq.

Xatırladaq ki, “Yelo Bank” 378  milyon manat nizamnamə kapitalına sahibdir. Onun əsas səhmdarı 98.91%-lə Marina Kulişovadır.

Son xəbərlər
Digər xəbərlər