Gələn ayın qeyri-iş günləri açıqlandı

İyun ayında bayramlarla əlaqədər qeyri-iş günlərinin sayı açıqlanıb.

Banker.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, ölkədə 15 iyun – Milli Qurtuluş günü kimi qeyd edilir. Buna görə də çərşənbə günü iş olmayacaq. 26 İyun – Silahlı Qüvvələr Günüdür, həftənin bazar gününə düşdüyündən iyun ayının 27-si də qeyri-iş günü hesab edilir.

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər