10-11 may tarixləri şənbə və bazar günlərinə təsadüf edir.
Bu haqda Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib.
O bildirib ki, 9 may tarixi Qələbə Günü olduğu üçün həmin gün qeyri-iş günü olacaq. Onun sözlərinə görə, 10-11 may tarixləri şənbə və bazar günlərinə təsadüf edir.
Qeyd edək ki, 1945-ci ilin 9 may tarixində SSRİ-də mərkəzi radionun diktoru Yuri Levitan faşist Almaniyasının tam təslim olması barədə aktı oxuyub və bununla da Böyük Vətən Müharibəsi başa çatıb.