10 C
Baku
Friday, December 13, 2024

Gələn həftə Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Gələn həftə Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın növbəti iclası keçiriləcək.

Bu barədə məlumatlı mənbəyə istinadən xəbər verilir.

Məlumata görə, iclasda Azərbaycan tərəfini Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və qarşı tərəfdən isə İsrailin xarici işlər naziri Gabi Aşkenazi iştirak edəcək.

Qeyd edək ki, hər iki ölkə arasında siyasi və iqtisadi münasibətlər yüksək səviyyədə olsa da, ticarət dövriyyəsi 2019-cu ildə ən yüksək həddə 1,4 mlrd ABŞ dolları civarında olub.

Koronavirus pandemiyası səbəbindən isə ötən il iki ölkənin ticarət dövriyyəsində (465,7 mln ABŞ dolları) azalma müşahidə edilib.

Son xəbərlər
Digər xəbərlər