10 C
Baku
Tuesday, November 26, 2024

Gələn il ƏDV üzrə daxilolmaların 5% artırılacağı proqnozlaşdırılır

Azərbaycan hökuməti gələn il əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların 6 milyard 10.3 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə “2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 5.1 % çoxdur.

Gələn il ƏDV-nin 2 milyard 814.3 milyon manatını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 3 milyard 196 milyon manatını isə Dövlət Gömrük Komitəsi yığmalıdır. Bunlar isə bu ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə 6.9 % və 3.6 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720.7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5.2 % və 3.1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579.3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16.95 % azdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər