Gələn il əlilliyə görə pensiya 369 manat olacaq.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, gələn il orta aylıq pensiyanın məbləği 423 manat, əlilliyə görə pensiya 369 manat olacağı proqnozlaşdırılır.