2016-cı il banklar üçün çətin il olacaq.
Bu sözləri Gün.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O qeyd edib ki, 2016-cı ildə ən çox təsirə bank sektoru məruz qalacaq və onlar üçün heç də asan olmayacaq:
“Kreditlərin ödənilməsi ilə bağlə çətinliklər gözlənilir. Çünki hazırda vətəndaşların ödəmə qabiliyyətinin aşağı düşməsi müşahidə edilir. Gələ il banklar üçün həm də bir sınaq ili olacaq”.
Ekspert sözlərinə əlavə edib ki, gələn il bəzi banklar birləşmə haqqında düşünəcəklər:
“Hazırda 7 bankın ləğvetmə prosesi gedir. Onlardan üçündə əmanətlərin geri alınması ilə bağlı problemlər daha çoxdur. Çox güman ki, 2016-cı ildə Mərkəzi Bank həmin bankların birləşdirilməsi, ya da lisenziyalarının ləğv edilməsi ilə bağlı qərar qəbul edəcək”.