2024-cü ildə Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq.
Bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev deyib.
“Bu müəssisələr beton tikinti məmulatları, tikinti materiallarının korpuslarını və sair məhsul istehsalı sahəsində ixtisaslaşıblar”,- deyə, o qeyd edib.
Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.