12 C
Baku
Monday, November 18, 2024

Gələn il aqrar sektorun 3.4% artacağı proqnozlaşdırılır

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlar nəzər alınmaqla aqrar sektorun növbəti ildə 3,4%, 2026-2028-ci illər üzrə isə 3,8% artım olacağı proqnozlaşdırılır.

Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Qeyd edilib ki, növbəti illərdə kənd təsərrüfatı sektorunun inkişafı aqrar sahənin resurs və xidmətlərlə təminatının gücləndirilməsi, aqrar sahədə potensialın gücləndirilməsi və innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahə üzrə dövlət tənzimlənməsi sisteminin dəyər zənciri üzrə təkmilləşdirilməsi kimi strateji məqsədlər üzrə müəyyən olunmuş prioritet istiqamətlərin reallaşdırılması (məhsuldarlığın artırılması) hesabına nail olunacaqdır.

Ortamüddətli dövrdə aqrar sahənin dayanıqlı əsaslara malik dinamik inkişafının təmin edilməsi innovativ texnologiyaların tətbiqi hesabına məhsuldarlıq səviyyəsinin əsaslı şəkildə yüksəldilməsi, emal sənayesinin inkişaf etdirilməsi hesabına ilkin kənd təsərrüfatı məhsullarına tələbatın artırılması və bu istiqamətlər üzrə müvafiq dövlət dəstəyi mexanizmlərinin və idarəetmə sisteminin təkmilləşdirilməsi strateji yanaşmaları, habelə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi hesabına mümkün olacaqdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər