10 C
Baku
Thursday, December 12, 2024

Gələn il ARDNF-in büdcəsində 827 mln. manat kəsir yaranacağı gözlənilir

Gələn il Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərinin bu ilin proqnozu ilə müqayisədə 26.1% az – 12 073.3 milyon manat, büdcə xərclərinin isə bu ilin proqnozu ilə müqayisədə 8.9% çox – 12 900.2 milyon manat olacağı gözlənilir.

Bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, 2024-cü ildə ARDNF-in gəlirlərinin 8 146.2 milyon manatını və yaxud 67.5%-ni neft-qaz satışından əldə olunacaq xalis gəlirlər təşkil edəcək. Eyni zamanda, Fond akrhesabı ödənişlərdən 3.6 milyon manat, trazitdən 24.2 milyon manat, bonus ödənişlərindən 767.2 milyon manat, vəsaitinin idarə olunmasından isə 3 132 milyon manat gəlir əldə edəcək.

Gələn il ARDNF-in xərclərinin 12 781 milyon manatını və yaxud 99.1%-ni dövlət büdcəsinə transfertlər təşkil edəcək. Bundan başqa, Fond “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 33.5 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 47.5 milyon manat, özünün idarə edilməsinə isə 38.2 milyon manat xərcləyəcək.

Beləliklə, 2024-cü ildə ARDNF-in büdcəsində 826.9 milyon manat kəsir yaranacaq (2023-cü ilin proqnozu 4 487.5 milyon manat qalıqdır).

MənbəReport
Son xəbərlər
Digər xəbərlər