12 C
Baku
Saturday, November 23, 2024

Gələn il ARDNF vəsaitlərinin idarə edilməsindən 3.1 mlrd. manat gəlir əldə edəcək

2024-cü ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 1 842.3 mln. ABŞ dolları və ya 3 131.9 mln. manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2022-ci ilin müvafiq icra göstəricisindən (-3 613.8 mln. manat) 6 745.8 mln. manat çoxdur.

Bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.

Qeyd edək ki, 2023-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin ilkin olaraq 2% və ya 1 590.0 mln. manat proqnozlaşdırılmış, lakin sonradan bazarda baş verən prosesləri nəzərə alaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 4.5% olaraq müəyyənləşdirilmiş, 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 2 651.1 mln. manat və ya 3.1% gəlir ilə yekunlaşması bildirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər