Gələn il Azərbaycanın dövlət büdcəsindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ayrılacaq vəsaitin həcmi açıqlanıb.
Banker.az əbər verir ki, quruma 40 milyon manat vəsait ayrılacaq.
Sözügedən vəsaitin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün ayrılması proqnozlaşdırılıb.