17 C
Baku
Thursday, October 31, 2024

Gələn il Azərbaycanda 39 min fərdi ev qazlaşdırılacaq

2019-cu ildə Azərbaycan Prezidentinin “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdlırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə nail olmuşuq.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün illik yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə 39 min fərdi ev qazlaşdırılacaq: “Qazlaşdırma tamamilə dövlət hesabına və təmənnasız aparılır. 2020-ci ildə 785 km yeni qaz kəməri təmir olunmasını nəzərdə tututuruq.”

O bildirib ki, hazırda 2019-cu ildə 210 minə yaxın sayğac dəyişdirilib: “Abonentlərimizin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart-sayğacdan istifadə edir. 2020-ci ildə isə 1484 sayğac dəyişdirilməsi nəzərdə tutulub.”

©Report

Son xəbərlər
Digər xəbərlər