Gələn il pensiyalar 11% artacaq.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, cari və növbəti illərdə də orta aylıq pensiyanın, orta aylıq əməkhaqqıya nisbəti müvafiq olaraq, 46.8% və 49.3% olmaqla Avropa sosial xartiyasının tələblərinə cavab verəcək: “Pensiyaçıların sosial rifahının qorunması məqsədilə əmək pensiyaçılarına verilən maddi yardımlar pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilib. Növbəti ildən 3 yaşına kimi uşağa qulluğa, hamilələrə və s. 181.6 milyon manat vəsait nəzərdə tutulub”.